AZ

“Azərbaycan Rusiyanın maraqlarına düşmən olan siyasət aparır və bunun qarşısı alınmalıdır” - Zatulin

“Rusiya Azərbaycanla münasibətlərin kəskinləşməsinin təşəbbüskarı olmayıb və onların normallaşdırılması məsələsi istənilən vaxt həll oluna bilər”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

O bildirib ki, təkcə Azərbaycanla deyil, istənilən başqa ölkə ilə münasibətləri normallaşdırmaq istəyən Rusiya öz yerini və rolunu düzgün müəyyənləşdirməlidir, xüsusən də postsovet məkanında.

"İkincisi, münasibətlərin normallaşması milli maraqların rədd edilməsini nəzərdə tutur. Əgər bu, öz milli maraqlarının hər şeydən üstün olduğunu hər yerdə vurğulayan Azərbaycan üçün belədirsə, bizim üçün də öz növbəsində milli maraqlarımız hər şeydən üstündür", - deyə siyasətçi vurğulayıb.

Zatulin qeyd edib ki, Azərbaycan Cənubi Qafqzda Rusiyanın maraqlarına düşmən olan siyasət aparır və bu siyasətin qarşısı alınmalıdır:

"Mən deyərdim ki, düstur belədir. Biz normallaşmanın tərəfdarıyıq, amma bizim informasiya agentliklərində və ya başqa yerlərdə ölkə rəhbərliyini çaşdıran, Azərbaycanla müttəfiqlik haqqında nağıllar danışan adamların olduğu vaxtlara qayıtmaq olmaz", - deyə siyasətçi əlavə edib. 

Daşqın Həsənov

Missiya.Az

Seçilən
11
1
missiya.az

2Mənbələr