AZ

“İmişli” braziliyalı futbolçu transfer etdi – RƏSMİ

Premyer Liqanın debütantı “İmişli” heyətinə daha bir legioner cəlb edib. Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

Əyalət klubu  braziliyalı Luiz Fernando Silvestr Juniorla 2 illik müqavilə imzalayıb.

22 yaşlı yarımmüdafiəçi vətənində “Atletiko Paranense”, “Mirassol” və “Sianorte” klublarında çıxış edib.

Seçilən
16
msport.az

1Mənbələr