AZ

“Biz Rusiya ilə nüvə müharibəsinə hazırıq” - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə nüvə müharibəsinə hazır olduğunu bəyan edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə silahından danışmasına münasibət bildirərkən məlumat verib.

“Medvedev nüvə silahından danışmağa başlayıb. Əgər söhbət nüvə silahından gedirsə, bizim hazır olmağımız vacibdir. Və biz buna tam hazırıq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr