“Barselona” ilə “Real”ın əfsanələri arasında iki oyun keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sentyabrın 10 və 14-də planlaşdırılan görüşlər Florida ştatının Fort Lauderdeyl şəhərindəki “Çeyz” stadionunda olacaq.
“Barselona”nın heyətində Rivaldo, Adriano, Paulinyo, Klaudio Bravo, Xavyer Maskerano kimi oyunçular iştirak edəcək. “Real”da isə heyət məlum deyil.