AZ

Qatığın içinə 1 qaşıq əlavə edib yeyin Şişkinliyi kökündən yox edir

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mütəxəssislər acqarına qəbul edilən pul bibər və qatıq qarışımının həm metabolizmanı sürətləndirdiyini, həm də bədəndəki artıq maye və toksinlərin atılmasına kömək etdiyini bildirirlər.

Milli.Az xəbər verir ki, qatıq bağırsaq florasını tənzimləyən probiotiklərlə zəngin olduğu üçün həzmi yaxşılaşdırır, pul bibər isə tərkibindəki kapsaisin maddəsi vasitəsilə yağ yandırma prosesini aktivləşdirir.

Bu səbəblə səhərlər bir kasa qatığın üzərinə bir çimdik pul bibər əlavə edib yemək şişkinlik, qəbizlik və piylənmə kimi problemlərin qarşısını almağa kömək ola bilər.

Qarışımın tərkibindəki maddələr orqanizmi iltihabdan təmizləyir, immun sistemini gücləndirir və iştahanı tənzimləyir. Həmçinin, bu sadə resept xüsusilə oturaq həyat tərzi keçirən insanlar üçün tövsiyə olunur.

Qeyd edək ki, mədə problemi olan şəxslərin bu qarışımı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi vacibdir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
5
news.milli.az

6Mənbələr