AZ

“Barselona” və “Real”ın əfsanələri üz üzə gələcək

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona" və "Real"ın əfsanələri arasında iki yoldaşlıq matçı keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat paylaşıb.

Oyunlar sentyabrın 10-u və 14-ü ABŞ-də baş tutacaq. İlk matç Nyu Cersi ştatının Harrison şəhərindəki "Red Bull Arena"da keçiriləcək.

İkincisi, hazırda "Barselona"nın keçmiş oyunçuları Lionel Messi, Serxio Buskets, Luis Suares, Xordi Albanın oynadığı "İnter Mayami"nin ev arenası olan Fort Lauderdaledəki (Florida) "Chase Stadium"dadır. "Barselona Əfsanələri" komandasının baş məşqçisi Albert Ferrer olacaq. Rivaldo, Adriano, Klaudio Bravo və Paulinyo kimi veteranların meydana çıxacağı artıq dəqiqləşib. Tam heyət isə yaxın həftələrdə açıqlanacaq.

Qeyd edək ki, bu, iki komanda arasında səkkizinci və doqquzuncu görüşlər olacaq. Son qarşılaşma bu ilin aprelində Meksikanın Toluka şəhərində keçirilib. Əvvəlki görüşlər isə Beyrut, Təl-Əviv, Doha, Tokio, Puerto-Riko və Mumbayda keçirilib ki, bu da bütün dünyada bu oyunlara böyük marağın olmasının göstəricisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
sport24.az

3Mənbələr