AZ

Araşdırma: Napoleonu ordusunu əslində nə öldürdü?

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1812-ci ildə Rusiyaya yürüşdən geri çəkilən Napoleonun ordusundan ən azı 300 min əsgər həyatını itirmişdi. Uzun müddət bu ölümlərin əsas səbəbinin tif və səngər qızdırması olduğu düşünülürdü. Lakin yeni bir DNT analizi bu fərziyyələri təkzib edərək fərqli xəstəliklərin önə çıxdığını ortaya qoydu.

Sherg.az xəbər verir ki, Fransadakı Pastör İnstitutundan Nikolas Raskovanın rəhbərlik etdiyi bir qrup alim, Litvanın Vilnüs şəhərində dəfn olunmuş 13 əsgərin dişlərindən götürülmüş nümunələri inkişaf etmiş metagenomik analiz üsulları ilə tədqiq ediblər. Bu üsul nümunədəki bütün mikrob DNT-sini analiz edərək əvvəllər düşünülməyən patogenləri də aşkar edə bilir.

Araşdırma zamanı tif və səngər qızdırmasına səbəb olan mikroblara rast gəlinməyib. Əvəzində, paratif qızdırmasına səbəb olan "Salmonella enterica" və bədən bitləri ilə yayılan, təkrarlanan qızdırmaya səbəb olan "Borrelia recurrentis" bakteriyaları müəyyən edilib.

Alimlər hesab edir ki, bu iki xəstəlik həddindən artıq yorğunluq və soyuq hava ilə birlikdə əsgərlərin ciddi şəkildə zəifləməsinə və ölüm hallarının artmasına səbəb olmuş ola bilər. Xüsusilə təkrarlanan qızdırma, birbaşa ölümcül olmasa da, artıq taqətdən düşmüş əsgərləri daha da zəiflədə bilərdi.

Digər tərəfdən, bu araşdırma ilə bağlı rəy bildirən Kvinslend Texnologiya Universitetindən Dr. Salli Vasef, tapılmış mikrob DNT-sinin miqdarının çox az olduğunu və nəticələrin tam sübutdan daha çox ilkin məlumat xarakteri daşıdığını qeyd edib. Onun fikrincə, daha çox əsgər məzarında tədqiqat aparılması vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
sherg.az

2Mənbələr