AZ

Avropa İttifaqından çıxın! - Maskdan çağırış

Amerikalı iş adamı İlon Mask İrlandiya və digər Avropa İttifaqı ölkələrinə müraciət edib.

Publika.az xəbər verir ki, İ.Mask bu dövlətləri sözügedən qurumdan çıxmağa səsləyib.

Amerikalı milyarder bu addımını "Avropa İttifaqının bölgədə demokratiyanı məhv etməsi" ilə bağlayıb.

Onun sözlərinə görə, səbəb yerli Aİ məhkəmələrinin İrlandiyaya qarşı qərarı olub.

Xatırladaq ki, məhkəmələr sığınacaq axtaranları yerləşdirməkdən imtina etmək istəyən İrlandiya hökumətinin bunun üçün mənzil çatışmazlığını əsas gətirə bilməyəcəyinə dair qərarı çıxarıb.

Seçilən
6
publika.az

1Mənbələr