BAKI, 2 avqust. TELEQRAF
Honduras ABŞ-nin yeni idxal rüsumlarına məruz qalan ölkələr arasında deyil.
Teleqraf xəbər verir ki, bu barədə Hondurasın xarici işlər naziri Xavyer Bu Soto Vaşinqtonda danışıqların yekunlarına dair açıqlamasında deyib.
Diplomat bildirib: "Vaşinqtona rəsmi səfərimiz zamanı biz ABŞ hökumətinin ticarət nazirinin müavini Uilyam Kimmitin Hondurasın yeni əlavə 10 faizlik tariflərdən çıxarılması barədə açıqlamasını alqışladıq. Görüş zamanı biz tariflər, ikitərəfli ticarət və okeanlararası dəmir yolu layihəsi məsələsini ətraflı müzakirə etdik".
Nazirin sözlərinə görə, tərəflər ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə ikitərəfli əməkdaşlıq çərçivəsində ticarətin sadələşdirilməsi, iqtisadiyyatın əsas sektorlarında tariflərin azaldılması, təhlükəsizlik, miqrasiya və iqtisadi inkişaf məsələlərinin müzakirəsi üzrə işi davam etdirmək barədə razılığa gəliblər.