Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan ABŞ iləticarət razılaşması əldə etmək üçün Rusiyadan neft almağı dayandırabilər.
Trend-inməlumatına görə, Tramp bu fikri Ağ Evdə jurnalistlərə VaşinqtonlaYeni Dehli arasında aparılan ticarət danışıqları barədə danışarkənsəsləndirib.
“Anladığım qədər, Hindistan artıq Rusiyadan neft almayacaq. Məneşitdiyim budur. Bunun nə dərəcədə doğru olduğunu dəqiq bilmirəm”,– deyə o qeyd edib.