AZ

Alimlərdən gözlənilməz açıqlama: Qrip virusları xərçəng xəstəliyinə səbəb ola bilər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

COVID-19 və qrip kimi tənəffüs virusları süd vəzi xərçənginin yatan hüceyrələrini aktivləşdirərək metastazların yaranmasına səbəb ola bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, Kolorado Universitetinin və Mon­tefiore-Eynşteyn Onkologiya Mərkəzinin alimləri bu nəticəyə gəlib. Onların araşdırmalarının nəticələri "Nature" jurnalında dərc edilib.

Tədqiqatlara görə, virus infeksiyalarının yaratdığı iltihab orqanizmdə yatmış xərçəng hüceyrələrini oyadır. Bu hüceyrələr əsas şişdən ayrılaraq, məsələn, ağciyər toxumasında uzun müddət passiv qala bilər, lakin müəyyən şərtlərdə yenidən inkişaf etməyə başlayırlar.

Laboratoriya siçanlarında aparılan təcrübələr göstərib ki, "SARS-CoV-2" və qrip virusu ilə yoluxmadan sonra iki həftə ərzində ağciyərlərdə yeni metastazlar yaranıb.

Aktivləşmə prosesində əsas rol immun sisteminin infeksiya zamanı ifraz etdiyi "IL-6" adlı zülala məxsusdur. Alimlər hesab edir ki, "IL-6" inhibitorları və digər immunoterapevtik preparatlar təkrar metastazların qarşısını almaqda faydalı ola bilər.

Tədqiqatçılar, həmçinin süd vəzi xərçəngi keçirmiş və COVID-19-a yoluxmuş xəstələrin məlumatlarını müqayisə ediblər. Aparılan təhlil göstərib ki, koronavirus keçirmiş şəxslərdə xərçəngdən ölüm riski təxminən iki dəfə yüksək olub.

Alimlər bu nəticələrin virus epidemiyaları zamanı onkoloji xəstələrin müdafiəsi üçün yeni strategiyalara ehtiyac yaratdığını vurğulayırlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
oxu.az

3Mənbələr