AZ

Braziliya ABŞ-nin rüsum siyasətinə cavab hazırlayır

Braziliya hökuməti ABŞ-la dialoqa hazır idi, lakin indi Ağ Evin avqustun 1-dən bəzi mallara 50% rüsum tətbiq etməsinə müvafiq cavab verməyə çalışır.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Luis İnasiu Lula da Silva məlumat verib.

“Biz həmişə dialoqa açıq olmuşuq. Hazırda ABŞ-nin tarif tədbirlərinə cavab verməyə çalışırıq. Yalnız Braziliya vətəndaşları və qurumları ölkənin inkişaf kursunu, o cümlədən ABŞ-la münasibətləri müəyyən etmək hüququna malikdir”, - Silva qeyd edib.

ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Braziliya idxalına 50%-lik rüsumların tətbiq ediləcəyini elan edərək, ticarət kəsirinin aradan qaldırılması üçün tədbirin zəruri olduğunu izah edib.

Seçilən
19
report.az

1Mənbələr