Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Süni intellekt səbəbindən bəşəriyyətin yox olma ehtimalı 95%-ə yaxındır".
Oxu.Az Böyük Britaniyanın "The Times" nəşrinə istinadən xəbər verir ki, bu sözləri "Machine Intelligence Research Institute" qeyri-kommersiya təşkilatının rəhbəri, "Google" və "Microsoft"un keçmiş mühəndisi Neyt Soareş deyib.
Soareşin sözlərinə görə, müasir süni intellekt sistemləri ilkin mərhələdədir, lakin yaxın gələcəkdə onlar müstəqil şəkildə hədəflər təyin edə, qərarlar qəbul edə və uzunmüddətli planlar qura biləcəklər.
Onun fikrincə, xüsusi təhlükə süni intellektin qərar qəbul etmə proseslərinə nəzarətin mümkünsüzlüyü və onun sistemli şəkildə aldatma qabiliyyətidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.