Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Mərkəzi Nəbatət Bağında 7 yaşlı uşağı ilan sancması ilə bağlı yayılan xəbər geniş rezonansa səbəb olub. Hər kəs ölkənin 1 nömrəli bağında baş verən olayın necə meydana gəlməsi ilə maraqlanır, ərazidə belə xoşagəlməz halların qarşısının alınması üçün hansı tədbirlərin nəzərdə tutulduğunu sual edir.
Ölkə.az xəbər verir ki, Musavat.com-un əməkdaşı cəmiyyətdəki narahatlıqları yerindəcə araşdırmaq üçün Mərkəzi Nəbatət Bağına baş çəkərək vəziyyəti yerində araşdırıb.
Bağın giriş hissəsində ziyarətçilər üçün nəzərdə tutulan piknik zonasının artıq bir həftədir bağlı olduğu bildirilib. İşçilərin sözlərinə görə, bu ərazi hazırda dezinfeksiya işləri aparıldığı üçün müvəqqəti olaraq ziyarətçilərin istifadəsinə açıq deyil. Piknik ərazisinə aparan bütün yollar lentlər və dəmir baryerlərlə bağlanmışdı.
İlan sancması hadisəsi ilə bağlı Bağın əməkdaşları ilə söhbət etdik. Hadisənin bağın hansı hissəsində baş verdiyi soruşduq. Lakin 14 ildir burada çalışan işçi yayılan məlumatların əsassız olduğunu deyib:
“14 ildir burada işləyirəm, hələ bir dəfə də ilan görməmişəm. Bunlar hamısı təxribatdır. Biz onları məhkəməyə vermişik. Yalan xəbərdir,” – deyə o bildirib. Lakin “Kimi məhkəməyə vermisiniz?” sualımıza cavab ala bilmədik.
Halbuki, Mərkəzi Nəbatat Bağından bundan əvvəl verilən açıqlam ada azyaşlını ilan vurması dolayısı ilə etiraf olunmuşdu.
Həmin açıqlamada deyilirdi:
“Bağda təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirilir. Bu səbəbdən Nəbatat Bağında yaşayan canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar”.
Həmçinin bağın rəhbərliyi sakinlərdən və şəhərin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələrini, azyaşlıları diqqətdən kənar qoymamalarını xahiş etmişdi.
Ərazidə müşahidə etdiyimiz mənzərəyə əsasən, bağda işlər adi günlərlə müqayisədə daha intensiv davam edirdi. Dezinfeksiya işləri görülür, işçilər alaq otlarını təmizləyir, tullantılar maşınlara yüklənir, digər işçilər isə ağaclara qulluq edirdi.
Ətraf mühitin təmizliyi ilə məşğul olan başqa bir xanım əməkdaş da ilan sancması xəbərlərini təkzib edib:
“Bura heç təcili tibbi yardım belə gəlməyib. Biz də xəbəri sizin kimi saytlardan oxuduq. Belə bir şey baş versəydi, hamımız xəbər tutardıq. Uydurmadır,” – deyə işçi bildirdi.
Bütün işçiləri hadisəni təkzib etsə də, hazırda bağda sancan və zəhərli heyvanlara qarşı dərmanlama tədbirlər görülür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.