AZ

Suriya rəsmisi Azərbaycana təşəkkür etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Suriyanın Energetika Nazirliyinin Korporativ əlaqələr şöbəsinin rəhbəri Əhməd Süleyman Türkiyə üzərindən Suriyaya çatdırılan Azərbaycan qazının ölkədə elektrik enerjisi istehsalını əhəmiyyətli dərəcədə artıracağını və gündəlik elektrik enerjisindən istifadə müddətinin 10 saata qədər artacağını bildirib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, “Anadolu” agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, avqustun 2-də açılması planlaşdırılan və gündə 6 milyon kubmetr təbii qaz nəql edə biləcək Kilis-Hələb boru kəmərinin istifadəyə verilməsi ilə Suriyanın enerji sektorunda ciddi dəyişikliklər baş verəcək.

Süleyman Azərbaycandan nəql edilən gündəlik 3.4 milyon kubmetr qazın avqustun 2-də Suriyaya çatacağını deyib. O, həmçinin Qətərin 1 il ərzində Azərbaycan qazının Suriyaya nəqlinə dəstək verəcəyini qeyd edərək Azərbaycan, Türkiyə və Qətər hökumətlərinə təşəkkür edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr