AZ

Qazaxda “Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarıdır” mövzusunda tədbir keçirilib

Qazax, 2 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Onu qorumaq, zənginləşdirilməsi və inkişaf etdirmək hər kəsin vətəndaşlıq borcudur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olnmuş “Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarıdır” mövzusunda keçirilən tədbirdə bildirilib. Əvvəlcə dilin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş etdirilib. Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Ulu Öndərin ana dilimiz haqqında səsləndirdiyi dəyərli fikirləri çatdırıb. Ulu Öndərin söylədiyi “Milli dəyəri olmayan xalq xalq, millət millət deyil. Azərbaycan milli dəyəri, milli dili olan dövlətdir” fikirlərinin milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsi kimi qiymətləndirib.

Şair milli-mənəvi dəyərlərimizə, dilimizə olan qiymətin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də olduğu kimi qorunduğunu qeyd edib. Ölkə başçısının söylədiyi “Azərbaycan milli dəyərlər üzərində qurulmuş dövlətdir. Biz milli dövlətimiz üçün dilimizə, dinimizə, tariximizə, ədəbiyyatımıza, adət-ənənələrimizə borcluyuq” fikirlərinin hər birimizə örnək olduğunu qeyd edib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar dilə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur.

Seçilən
20
azertag.az

1Mənbələr