AZ

Sürücü işləyən aktyor vəfat etdi

Aktyor Maksim Qlotov vəfat edib

Ölkə.az xəbər verir ki, rusiyalı aktyor Maksim Qlotov dünyasını dəyişib.

Bu barədə məlumatı "Shot" Telegram kanalı yayıb.

Məlumata görə aktyorun meyiti Moskva şəhərindəki mənzilində tapılıb. Onun 60 yaşı var idi. Bildirilir ki, faciədən bir neçə gün öncə Qlotov ailəsi ilə əlaqəni kəsmişdi. Ailə üzvləri ilə münasibətlərinin gərgin olduğu qeyd edilir. Qlotovun yaxınları hazırda Odessada yaşayır.

Maksim Qlotov "Ranevskaya", "Saxlanılanlar", "Sklifosovskiy" kimi məşhur seriallardakı rolları ilə tanınıb. Karyerası ərzində 120-dən çox film və serialda çəkilmişdi. Sonuncu rolları 2023-cü ilə aiddir. Son illərdə isə aktyor öz ixtisası üzrə fəaliyyət göstərmirdi və sürücü kimi işləyirdi.(milli.az)

Seçilən
11
4
olke.az

5Mənbələr