AZ

“Şkendiya” “Qarabağ”ın azarkeşlərinə 1000 bilet ayırdı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfər oyununu izləmək istəyən azarkeşlər üçün ayrılmış bilet sayı bəlli olub.

 

Klubdan Modern.az-a verilən məlumata görə, avqustun 5-də "National Arena Todor Proeski" stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1000 bilet ayrılıb.

 

Biletlər bu gün yerli vaxtla saat 17:00-dan etibarən satışda olacaq. Biletin qiyməti 5 avrodur.

 

Qeyd edək ki, “Şkendiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
29
4
senzor.az

5Mənbələr