AZ

İspaniyada məlumat sızdırmaqda ittiham olunan baş prokurorun istefası tələb edilir

Budapeşt, 2 avqust, AZƏRTAC

İspaniya Prokurorluq Assosiasiyaları müxalifət liderinin həmkarı ilə bağlı işdən məxfi məlumatları sızdırmaqda ittiham olunan baş prokuror Alvaro Qarsiya Ortisi istefa verməyə çağırır.

AZƏRTAC xəbər verir ki, 2022-ci ilin avqustundan prokurorluğa rəhbərlik edən Qarsiya Ortis iş adamı Alberto Qonsales Amadorla bağlı aparılan istintaq materiallarından elektron yazışmanı jurnalistlərə ötürməsinə görə, iyunun əvvəlindən istintaqa cəlb olunub. Amador vergidən yayınmada və sənədləri saxtalaşdırmaqda şübhəli bilinir.

“Qarsiya Ortis baş prokuror kimi deyil, sadə vətəndaş kimi özünü müdafiə etmək üçün istefa verməlidir. Onun vəzifədə qalması prokurorluğa ciddi zərbə vurur”, - deyə Prokurorlar Assosiasiyasının prezidenti Kristina Dekseyus bildirib.

İspaniya Müstəqil Prokurorlar Assosiasiyası (APIF) rəsmi olaraq Ali Məhkəmədən Qarsiya Ortisi müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırmağı xahiş edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
28
2
azertag.az

3Mənbələr