BMT ABŞ prezidenti Donald Trampın nüvə sualtı qayıqlarının “müvafiq ərazilərə” köçürülməsi ilə bağlı qərarına münasibət bildirməyib.
Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi bildirib:
"Hazırda bizim heç bir şərhimiz yoxdur".
Qeyd edək ki, avqustun 1-də Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına cavab olaraq iki nüvə sualtı qayığının Rusiya sərhədlərinə göndərilməsinə dair göstəriş verib.