Vaşinqton, 2 avqust , AZƏRTAC
ABŞ-ın Montana ştatında barda atışma olub.
AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb. Şübhəli şəxs hadisə yerindən qaçıb. Onun axtarışı davam edir.
Montana polisinin açıqlamasına əsasən şübhəlinin hələ də silahlı olduğu güman edilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton