ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem“Rusiyadakı dostlarına” müraciət edib.
Teleqraf xəbər verir ki, o, Birləşmiş Ştatlar Prezidenti Donald Trampın sualtı nüvə qayıqları ilə bağlı bəyanatından sonra bu addımı atıb.
L.Qrem bildirib: "Prezident Tramp münaqişə deyil, sülh axtarır. Ancaq lütfən, anlayın ki, o, Obama və ya Bayden deyil və ona xəyanət etmək olmaz. Siz həddi aşırsınız."