BAKI, 2 avqust. TELEQRAF
ABŞ və NATO-ya üzv olan digər ölkələr Ukraynanın prioritet ehtiyacları siyahısından Amerika silahlarının alınmasına yönələcək yeni hərbi təchizat mexanizmi hazırlayırlar.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Kiyev 500 milyon dollarlıq ehtiyac duyduğu silahlara üstünlük verməlidir. NATO-nun müttəfiqləri və qurumun baş katibi Mark Rutte ilə koordinasiyada bunun üçün haradan vəsait ayıracağına qərar veriləcək.
Ehtimal olunur ki, bu yanaşma sayəsində alyans Ukraynanı 10 milyard dollar dəyərində Amerika silahları ilə təmin edə biləcək.
Mənbələrdən birinə görə, bu, Avropa ölkələrinə ABŞ-dən daha tez silah almağa və uzun prosedurlardan qaçmağa imkan verəcək.