AZ

“Milan” yeni hücumçu tapıb

“Renn” klubunun hücumçusu Arno Kalimuendo karyerasını İtaliyanın “Milan” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sport Italia"ya istinadən məlumatına görə, "rossenerilər" artıq 23 yaşlı futbolçunun transferi üçün danışıqlara başlayıb.

Fransalı futbolçu PSJ-nin akademiyasında yetirməsidir. Kalimuendo gənclər komandasında müntəzəm çıxış edib, hazırda isə əsas millidə 6 oyunda 1 qol vurub. Keçən mövsüm fransız çempionatının ən məhsuldar hücumçularından biri olub — 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr