AZ

Trampdan Medvedevin bəyanatlarına sərt reaksiya

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına sərt reaksiya verib.Metbuat.az xəbər verir ki, o Medvedevin bəyanatlarına cavab olaraq iki nüvə sualtı qayığının müvafiq ərazilərə yerləşdirilməsinə göstəriş verdiyini açıqlayıb. Donald Tramp açıqlamasında, “Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olan Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribatçı bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq ərazilərə göndərilməsi əmrini verdim” - deyə bildirib.

Qeyd edək ki, Dmitri Medvedev Donald Trampı tənqid edib və bildirib ki, Vaşinqtonun siyasəti Rusiya ilə ABŞ arasında daha geniş münaqişəyə səbəb ola bilər.

Seçilən
22
metbuat.az

1Mənbələr