"İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.
Bu dəfə verilişin qonağı idman jurnalisti Gəray Qiyasov olub. Buraxılışda Avropanın aparıcı futbol çempionatlarında yeni mövsümdə gözlənilən mübarizələr və favorit komandalar haqqında fikir mübadiləsi aparılıb.
Gəray Qiyasov "Liverpul"u İngiltərə Premyer Liqasının əsas favoritlərindən biri kimi dəyərləndirib.
Onun sözlərinə görə, "qırmızılar" yeni transferlərindən maksimum yararlanmağı bacarsalar, çempionluq titulunu qorumaq şansına malikdirlər. Jurnalist, həmçinin yeni mövsümdə İspaniya La Liqasındakı gözləntilərdən də danışıb.
O, "Barselona"nın çempionluq potensialını yüksək qiymətləndirib: "Barselona"nı açıq-aşkar favorit kimi göstərmək çətindir, çünki onun qarşısında hər an partlaya biləcək bir bomba var - Xabi Alonso. "Real Madrid" elə bir komandadır ki, rəqibini də partlada bilər, özünü də".
Ətraflı Baku TV-nin süjetində: