Rza Tamer iddia edib ki, konsert verməli olduğu “Bihter” restoranı mafiya başçısı Sedat Pekerə məxsusdur və o, konsertdən imtina etdiyinə görə hədələnir.
SAVASHMEDİA.az xəbər verir ki, Sedat Peker məsələ ilə bağlı açıqlama verib.
“Rza Tamer adlı müğənninin mənim adımla təhdid edildiyini mətbuatda gedən xəbərlərdən öyrənmişəm. Azərbaycanda otel də daxil olmaqla, heç bir sərmayəm yoxdur. Bu qardaşımızı kim təhdid edib, onu da bilmirəm. Son günlərdə “Sedat Pekerin adi ilə o təhdid edildi, bu təhdid edildi” başlıqlı xəbərlər yazılır. İnsanları təhdid və ya təhqir etmək, qorxutmaq mənim tərzim deyil, bunu məni tanıyan hamı bilir. Vaxt və şarait yetişəndə nə etmək lazımdırsa, edərəm, təbii ki, hüquq və qanunlar çərçivəsində. Adımın belə hadisələrə qarışması cəmiyyətdə yanlış təsəvvürlər yaradır və bu da şəxsən məni narahat edir”.