AZ

Tramp Medvedevin sözlərinə atom sualtı qayıqları ilə cavab verdi

ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya sərhədlərinə göndərilməsi barədə göstəriş verib.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

"Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatları ilə əlaqədar mən iki atom sualtı qayığının müvafiq ərazilərə göndərilməsini əmr etdim. Bu ehtiyat tədbiridir, çünki qızışdırıcı bəyanatların arxasında başqa nəsə ola bilər", - Tramp qeyd edib.

Pentaqon sualtı qayıqların haraya göndərildiyini hələ ki, dəqiqləşdirməyib.

Seçilən
43
1
demokrat.az

2Mənbələr