AZ

Rus rublu çökür! Trampın sanksiya siqnalı Kremlə baha başa gələcək

Musavat.com xəbər verir ki, növbəti 12 ay ərzində Rusiya rublunun 20 faizədək dəyər itirəcəyi gözlənilir. Bu barədə “Reuters” agentliyi 14 aparıcı iqtisadçının və analitikin rəyi əsasında hazırladığı proqnoz hesabatına istinadla məlumat yayıb.

Maliyyə mütəxəssislərinin fikrincə, rublun ABŞ dolları qarşısında məzənnəsi 2026-cı ilin ortalarına qədər 100 rubla qədər enə bilər. Hazırda bu rəqəm 83-84 rubl civarındadır və 20 faizlik zəifləmə Rusiya iqtisadiyyatı üçün ciddi təzyiq deməkdir.

Analitiklərin qənaətinə görə, rublun gözlənilən dəyər itkisinin əsas səbəbi ABŞ prezidenti Donald Trampın Moskvanın davranışlarına qarşı sərt sanksiyalar tətbiq edə biləcəyi barədə verdiyi siqnallardır. Trampın qələbəsindən sonra Qərbdə Rusiyaya qarşı yeni sanksiya dalğası ehtimalı ciddi şəkildə gündəmə gəlib.

Rusiya Mərkəzi Bankı bu təzyiqləri neytrallaşdırmaq üçün bəzi addımlar atsa da, ekspertlər ölkənin fiskal imkanlarının zəiflədiyini və rublun möhkəmlənməsi üçün ciddi resurs çatışmazlığı yaşadığını vurğulayırlar.

Rublun dəyərsizləşməsi təkcə valyuta bazarına deyil, həmçinin ölkədaxili inflyasiya göstəricilərinə və vətəndaşların alıcılıq qabiliyyətinə də təsir göstərəcək. Qiymət artımı, idxal məhsullarında bahalaşma və sosial gərginlik ehtimalı artır.

Rusiya hakimiyyəti isə bu proqnozlara qarşı rəsmi reaksiya verməyib.

Seçilən
4
1
demokrat.az

2Mənbələr