Lexus öz model xəttinin əsaslı şəkildə yenidən qurulmasını elan etdi ki, bu da bir anda bir neçə məşhur avtomobilin istehsalının sona çatmasına səbəb olacaq.
2025-ci ilin noyabrında şirkət IS sedan və RC kupesinin əksər versiyalarının istehsalını dayandıracaq. Daha dəqiq desək, tam ötürücülü IS 500, IS 350, IS 300h, IS 300, eləcə də RC 350, RC 300h və RC 300 kupeləri “vuruldu”.
SİA-nın məlumatına görə, V8 ilə RC F Final Edition versiyasının 200 nüsxəsi də artıq tamamilə satılıb.
Bu model səkkiz silindrli Lexus dövrünə bir növ vida oldu. İS-in yeni nəsli elektromobillər və hibridlərdən ibarət olacaq. RC kupesinin taleyi o qədər də aydın deyil.
Mümkün varis RC-nin və həyat dövrünün sonuna yaxınlaşan köhnə LC modelinin xüsusiyyətlərini birləşdirə bilər. Kompakt elektrik krossoveri UX 300e də çarpaz atəşə tutulub. Onun istehsalı 2025-ci ilin noyabrında başa çatacaq.
Daha sonra, maliyyə ilinin sonuna (2026-cı ilin martı) hibrid UX 300h də montaj xəttindən çıxacaq.
Lexus hələ varisini elan etməyib, lakin UX-in populyarlığını və onun Toyota C-HR və Corolla Cross ilə əlaqələrini nəzərə alsaq, yəqin ki, yeni nəsil artıq inkişaf mərhələsindədir.
Nazlı Almuradova