AZ

Tramp Azərbaycanı İbrahim razılaşmasına gətirməyi planlaşdırır – “Reuters”

Tramp Azərbaycanı və Mərkəzi Asiya ölkələrini İbrahim razılaşmasına gətirməyi planlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məsələ ilə bağlı məlumatlı beş mənbəyə istinadən yazıb.

Nəşr xəbər verir ki, Tramp administrasiyası İsraillə mövcud əlaqələrini dərinləşdirməyə ümid edərək Azərbaycanla İbrahim sazişlərinə qoşulmaq imkanlarını fəal şəkildə müzakirə edir.

Mənbənin sözlərinə görə, “Əsas problem Azərbaycanın qonşu Ermənistanla münaqişəsidir, çünki Tramp administrasiyası iki Qafqaz ölkəsi arasında sülh sazişini İbrahim sazişlərinə qoşulmaq üçün ilkin şərt kimi görür”.

Mənbələr qeyd edirlər ki, Azərbaycanla bağlı danışıqlar “ən strukturlaşdırılmış və ciddi danışıqlardan biridir”.

Daha iki mənbə deyir ki, sülh razılaşması aylar, hətta həftələr ərzində əldə edilə bilər.

Həmçinin, məqaləyə görə, Azərbaycan rəsmiləri “İbrahim razılaşmalarını genişləndirməkdə maraqlı olduqlarını qiymətləndirmək” üçün Mərkəzi Asiya ölkələrinin, o cümlədən qonşu Qazaxıstanın nümayəndələri ilə əlaqə saxlayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
interpress.az

1Mənbələr