AZ

Devis Vaskes “Milan”ı “Roma”ya dəyişdi

Kolumbiyalı qapıçı Devis Vaskes İtaliyanın “Milan” klubundan ayrılaraq A Seriyasının digər təmsilçisi “Roma”ya keçib.

Arena.az bu barədə “Roma”nın rəsmi saytına istinadən xəbər verir.

27 yaşlı qolkiper “canavarlar”ın düşərgəsinə azad agent kimi qoşulub. O, yeni klubu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Devis Vaskes karyerasının ilk illərində “Patriotas”, “Quarani” kimi klublarda forma geyinib. 2023-cü ildə “Milan” “Quarani”yə 810 min avro ödəməklə kolumbiyalı qolkiperi heyətinə qatıb. Amma Devisə “Milan”ın əsas komandasında debüt qismət olmayıb. Bu üzdən də o, “Şeffild Uensdey”, “Askoli” və “Empoli” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Devis ötən mövsüm “Empoli”nin heyətində meydana çıxdığı 34 oyunda 47 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.

Devis Vaskes Kolumbiya yığmasına dəvət alsa da, debüt etmək şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
16
arena.az

1Mənbələr