AZ

UNICEF: Qəzzada 18 mindən çox uşaq həyatını itirib

UNICEF-in icraçı direktorunun müavini Ted Çayban bildirib ki, Qəzzada müharibə başlayandan bəri 18 mindən çox uşaq həlak olub. Bu isə gündə orta hesabla 28 uşağın ölümü deməkdir.

O, bölgəyə – İsrail, Qəzza və İordan çayının Qərb sahilinə – səfəri zamanı uşaqların vəziyyətinin olduqca kritik olduğunu vurğulayıb.

"320 mindən çox uşaq ağır qidalanma problemi ilə üz-üzədir. UNICEF gündəlik 2,4 milyon litr içməli su təmin etsə də, yardımların miqyası və sürəti yetərli deyil. Təşkilat ən azı gündə 500 yük maşını humanitar yardımın daxil olmasını zəruri hesab edir",-deyə Ted Çayban əlavə edib.

O, həmçinin İsrail hökumətinə hərbi əməliyyat qaydalarına yenidən baxmağı, mülki əhalinin qorunmasını və Qəzzaya yanacaqla yanaşı, tibbi və kommersiya mallarının buraxılmasını tövsiyə etdiklərini qeyd edib.

Sonda UNICEF rəsmisi münaqişənin ən böyük zərərini uşaqların çəkdiyini deyərək davamlı atəşkəs və siyasi həllin vacibliyini vurğulayıb.

Seçilən
3
far.az

1Mənbələr