AZ

76 min meksikalı ABŞ dən deportasiya olunub

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra 76 minə yaxın Meksika vətəndaşı ABŞ-dən öz ölkələrinə deportasiya edilib.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Meksika daxili işlər naziri Rosa İsela Rodriges deyib.

Nazir bildirib ki, hökumətin deportasiya olunmuş meksikalıları qəbul etməyə yönəlmiş "Mexico Hugs" strategiyası çərçivəsində bütün sərhəd ştatlarında ümumi tutumu 25 min nəfərə qədər olan miqrantların qəbulu mərkəzləri yaradılıb. Yanvar ayından bu yana 36 mindən çox repatriant həmin mərkəzlərdən keçib. Proqram çərçivəsində evə qayıdanların hər birinə 100 ABŞ dollarına bərabər birdəfəlik ödəniş verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
oxu.az

1Mənbələr