AZ

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçirilib - FOTO

“Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin (SC) rəhbərliyi Bakı-Tbilisi-Qars dəmir yolundakı cari vəziyyətlə tanış olmaq üçün xəttə baxış keçirib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səhmdar cəmiyyətin baş direktoru Laşa Abaşidze dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub, xəttin mövcud infrastrukturu ilə maraqlanıb. Baş direktor Axalkalaki stansiyasında Çindən yola salınmış, Türkiyədən keçərək Avropaya yollanacaq qatara da baxış keçirib.

Qeyd olunub ki, BTQ dəmir yolu ilə qatarların hərəkəti test rejimində həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verilməsi yükdaşımaları əhəmiyyətli dərəcədə artıracaq.

FOTO QALEREYA
Seçilən
27
avtosfer.az

1Mənbələr