AZ

Qarpız yeyəndə ehtiyatlı olun: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Yay aylarının ən sevilən və sərinləşdirici meyvəsi olan qarpız, təkcə dadlı deyil, həm də orqanizm üçün faydalı sayılır.

Azreform.info Lent.az-a istinadla bildirir ki, ən faydalı məhsulların belə həddindən artıq qəbulu ciddi sağlamlıq risklərinə səbəb ola bilər.

1. Həzm problemləri

Qarpızın tərkibində yüksək miqdarda fruktoza (təbii şəkər) var. Bu maddə xüsusilə əzgin bağırsaq sindromu olan insanlarda həzm sisteminə mənfi təsir göstərə bilər. Nadir hallarda fruktoza dözümsüzlüyü olan şəxslərdə qarpızın qəbulu qaraciyər və böyrək zədələnmələrinə qədər apara bilər.

Qarpız yedikdən qarında köp, qəbizlik, ishal və mədə ağrısı yarana bilər.

2. Kaliumla yüklənmə
Qarpızın bir stəkan (kublara doğranmış) porsiyasında təxminən 170 milliqram kalium var. Bu mineral ürək sağlamlığı üçün vacib olsa da, böyrək və ürək xəstəlikləri olan və ya bu istiqamətdə dərman qəbul edən şəxslər üçün risk daşıyır.

Artıq kalium qəbulu aşağıdakı fəsadlara səbəb ola bilər:

Hiperkalemiya, əzələ zəifliyi, iflicə bənzər hallar.

3. Qanda şəkərin səviyyəsinin sürətli yüksəlməsi
Qarpızın qlikemik indeksi yüksəkdir, 74-dən 80-ə qədər. Bu o deməkdir ki, onu çox miqdarda qəbul etdikdə qan şəkərinin səviyyəsi sürətlə yüksəlir. Şəkərli diabet xəstələri qarpızı qəbul edə bilsələr də, mütləq miqdarına nəzarət etməlidirlər.

4. Allergik reaksiyalar
Qarpız bəzi insanlarda güclü allergik reaksiyalara, hətta anafilaktik şoka səbəb ola bilər. Bu, xüsusilə ambroziya və ya otlara qarşı allergiyası olan şəxslərdə daha tez-tez baş verir.

Əlamətlər: Dəri səpkiləri: qaşınma, qızartı, səpki, tənəffüs simptomları: asqırma, burun tutulması, nəfəsalma çətinliyi, həzm sistemi: ürəkbulanma, qusma, qarın ağrısı və ishal.

5. Miqren və baş ağrıları
Qarpız tiramin adlı amin turşusu ilə zəngindir. Bu maddə bəzi insanlarda miqren ağrılarına səbəb ola bilər. Araşdırmalarda iştirak edənlərin təxminən 30 faizi qarpız yedikdən sonra baş ağrısı yaşadığını bildirib.

6. Dərinin rənginin dəyişməsi
Qarpız likopin adlı karotinoidlə zəngindir, bu maddə güclü antioksidant təsirə malikdir. Lakin likopini həddindən artıq qəbul etdikdə dərinin rəngində narıncıya çalan dəyişiklik – likopinemiya müşahidə oluna bilər. Bu vəziyyət təhlükəli deyil, lakin qəbul azaldıldıqda bədəndəki rəng dəyişikliyi keçir.

7. Qarpızın gündəlik təhlükəsiz miqdarı
Mütəxəssislər gündəlik meyvə qəbulu üçün 1,5–2 stəkan miqdarını tövsiyə edirlər. Qarpızın tərkibi 92 faizə qədər sudan ibarətdir və bu, bədəni nəmləndirməyə kömək edir. Lakin qarpız az miqdarda zülal, E vitamini və B qrupu vitaminləri ilə təmin edir.

Təkcə qarpızla qidalanmaq, xüsusilə də arıqlamaq məqsədilə uzun müddət tək mənbə kimi istifadə etmək orqanizmdə qida balanssızlığına və zəifləməyə səbəb ola bilər.

Seçilən
15
3
azreform.info

4Mənbələr