AZ

Bu prospektdə özbaşınalıq hökm sürür: Sürücülər yolun ortasında dayanıb dincəlirlər VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda yol hərəkəti qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 22-də, paytaxtın Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, yolun sağ kənarında parklanma üçün kifayət qədər boş yer olsa da, 99-TF-631 qeydiyyat nişanlı "Honda" markalı və 77-DN-194 qeydiyyat nişanlı "Toyota" markalı avtomobillərin sürücüləri ikinci cərgədə duraraq hərəkətə mane olub. Sağ zolaqla hərəkət edən sürücülər məcburi şəkildə sol zolaqla hərəkət etməli olublar.

Qeyd edək ki, sözügedən prospektdə sürücülər mütəmadi olaraq dayanma-durma qaydasını kobud şəkildə pozurlar.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr