AZ

“Qəzzada keçən əsrin ən amansız soyqırımı baş verir” Ərdoğan

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Keçən əsrin ən amansız soyqırımı Qəzzada baş verir. Təkcə uşaq və körpələr deyil, insanlıq simvolu olan hər şey bir ovuc cinayətkarın əli ilə məhv edilir”.

Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyə Gənclər Fondunun yay məktəbinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Qərbin təzyiqlərinə baxmayaraq, HƏMAS hərəkatına, ümumilikdə Fələstin anklavının sakinlərinə dəstəyindən əl çəkməyib:

“İsrailin dostluğunu qazanmaq üçün HƏMAS-a böhtan atanlara, bunu terror adlandıranlara baxmayaraq, biz qəhrəman Qəzza xalqından üz döndərməmişik. Qəzzadakı qardaşlarımız şəhid qanına boyanmış bu mübarək torpaqlarda azad və əbədi yaşayacaqlar. İnşallah, Suriyadakı kimi, Qəzzada da zorakılığın sonunu görəcəyik.  Biz mütləq o günlərə qədər yaşayacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
yeniavaz.com

1Mənbələr