2026-cı il mövsümündə Formula-1 üzrə Monako Qran-prisində iki pit-stopdan istifadə olunacaq.
İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) qərar qəbul edib.
Yarış zamanı komandalar qarşısında ən azı iki pit-stopda istifadə tələbi qoyulub. Səbəb kimi Monako Qran-prisini daha baxımlı olması bildirilib.
Yeni qaydalar həm quru, həm də yaş trassda tətbiq olunacaq.
Qeyd edək ki, iki pit-stop builki Qran-pridə də istifadə olunub. Monakoda Lando Norris ("Maklaren") qələbəni bayram edib.
İdman.biz