AZ

UNICEF rəsmisi: Qəzzada 18 mindən çox uşaq həlak olub

“Müharibə başlayandan bu yana Qəzzada 18 mindən çox uşaq həlak olub və bu gündə orta hesabla 28 uşaq deməkdir”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktorunun müavini Ted Çayban bildirib.

İsrail, Qəzza və İordan çayının Qərb sahilinə səfər etdiyini deyən UNICEF rəsmisi vurğulayıb ki, Qəzzada kütləvi aclıq təhlükəsi var:

“Qəzzada uşaqların vəziyyəti kritik həddə çatıb, uşaqlar acdır, qorxur və ağır travma yaşayırlar. Belə ki, 320 mindən çox uşaq kəskin qidalanma çatışmazlığı riski altındadır”.

Ted Çayban qida növbəsində dayanarkən hava hücumunda öldürülən uşaqların ailələri ilə görüşdüyünü bildirib.

“Təşkilat gündə 2,4 milyon litr təmiz su çatdırır, peyvənd kampaniyalarını davam etdirir və psixoloji dəstək göstərir. Bu, kifayət deyil. Yardım lazımi miqyasda və sürətlə daxil olmur. Ən azı gündə 500 yük maşını ərzaq və tibbi ləvazimat gətirilməlidir”.

O, İsrail hökumətinə mülki şəxsləri qorumaq üçün hərbi əməliyyat qaydalarına yenidən baxmağı, kommersiya mallarının və ikili təyinatlı avadanlıqların Qəzzaya buraxılmasını, həmçinin yanacaq təminatının artırılmasını təklif etdiklərini bildirib.

UNICEF rəsmisi həm humanitar fasilələrin, həm də atəşkəsin vacibliyini vurğulayıb: “Uşaqlar müharibə başlatmır, amma onun ən ağır yükünü onlar daşıyır. Onlara davamlı atəşkəs və siyasi həll lazımdır”.

Seçilən
42
3
report.az

8Mənbələr