Rusiya Ukrayna ilə siyasi və hərbi məsələlər üzrə işçi qruplar yaratmağı təklif edib və Kiyevin cavabını gözləyir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Artıq üç raund keçirilib. Vacib humanitar razılaşmalara əlavə olaraq, biz siyasi və hərbi məsələlər üzrə işçi qruplarının yaradılmasını təklif etdik ki, bu, davamlı sazişlərin razılaşdırılması istiqamətində mühüm addım olardı”, - Lavrov söyləyib.