AZ

Dünyanın "ən yaşlı" uşağı ABŞ-da doğulub: REKORD

Qadının gübrələmə proseduru üçün 30 il ərzində dondurulmuş embriondan istifadə edilib.

QHT.az xəbər verir ki, ABŞ-da süni mayalanma sahəsində yeni rekord qeydə alınıb – 30 ildən çox dondurulmuş vəziyyətdə saxlanılan embriondan iyulun 26-da uşaq dünyaya gəlib. Thedeus Daniel Pierce adlı oğlanın valideynləri Ohayodan olan Lindsi və Tim Pirs cütlüyüdür. Embrion 1994-cü ildə bioloji ana Lindi Arçer tərəfindən dondurulmuşdu. Embrionun övladlığa götürülməsi xristian agentliyi vasitəsilə həyata keçirilib. Bu üsul ABŞ-da embrionların uzunmüddətli saxlanmasından istifadəyə təşviq edən bir neçə təşkilat tərəfindən təklif olunur.

Pirs

Pirs ailəsi körpəni jurnalistlərə göstərdi

 

35 yaşlı Lindsi Pirs 2024-cü ilin noyabrında embrionla hamilə qalıb və iyulun sonunda Thedeus dünyaya gəlib. Körpənin bioloji anası hazırda 62 yaşındadır. Maraqlıdır ki, Thedeusun 30 yaşlı bioloji bacısı və onun da 10 yaşlı qızı var. Bu hadisə dondurulmuş embrionla dünyaya gələn körpənin hazırkı ən uzun müddət saxlanma rekordudur. Əvvəlki rekord 1992-ci ildə dondurulmuş və 2022-ci ildə doğulan əkizlərə məxsus idi.

 

R.İmanov

Seçilən
4
qht.az

1Mənbələr