AZ

Lavrov Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqları dəyərləndirib

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və ABŞ arasında Ukraynadakı vəziyyətlə bağlı danışıqlar faydalı və məhsuldar olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun fikrincə, ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə dialoqu bərpa etməsi “normal diplomatik praktikaya” uyğun gəlsə də, Vaşinqtonun keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə təmaslardan imtina etməsi “sağlam düşüncəyə ziddir”.

Lavrov, "Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin ilin əvvəlindən davam edən substantiv müzakirəsi çox faydalı və məhsuldardır" deyib.

O qeyd edib ki, Kiyev Trampın təkidi ilə Moskva ilə danışıqları bərpa edib.

Lavrov həmçinin bəyan edib ki, Rusiya Ukraynadan işçi qrupların yaradılması təşəbbüsünə konkret cavab gözləyir. Nazir əlavə edib ki, Kiyev indiyədək ziddiyyətli bəyanatlarla kifayətlənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
operativmm.az

2Mənbələr