AZ

"Aris" "Araz-Naxçıvan"la matçın hakimini UEFA-ya şikayət edəcək - yunanlar üç epizoda görə narazıdır

Yunanıstanın “Aris” klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Araz– “Naxçıvan”a qarşı Salonikidə keçirilən cavab oyunun  (2:2, ilk oyun – 1:2) baş hakimindən UEFA-ya şikayət etmək qərarına gəlib.

Sportal.az xəbər verir ki, Yunanıstan klubu videomateriallar və rəsmi şikayət məktubunu xüsusilə UEFA-nın hakimlər üzrə icraçı direktoru Roberto Rosettiyə göndərəcək.

Bu barədə Yunanıstanın “Gazzetta.gr” nəşri məlumat yayıb. Yunan həmkarlarımızın yazdığına görə, “Aris” tərəfi üç məqama diqqət yetirərək Devid Dikinsonun hakimliyindən ciddi narazılığını bildirir. 

"Əvvəla, “Araz-Naxçıvan”In yarımmüdafiəçisi Patrik Andrade matçın 6-cı dəqiqəsində Uros Raçiçin topuğunu ayağına bassa da, meydandan qovulmayıb. İkincisi, 16-cı dəqiqədə Fabianonun cərimə meydançasında vurulmasına görə görə “Aris”in xeyrinə təyin olunmayıb. Üçüncüsü, isə şotlandiyalı hakimin Azərbaycan təmsilçisinin xeyrinə təyin etdiyi penalti. Klub Dikinsonun cəzalandırılmasını tələb edəcək".

Xatırladaq ki, İqor Ribeyro ikinci hissənin əvvəlində birbaşa qırmızı vərəqə aldığından, “Araz-Naxçıvan” “Aris”ə qarşı görüşü bir nəfər azlıqda başa vurmuşdu.

saytlarin hazirlanmasi

Seçilən
20
sportal.az

1Mənbələr