AZ

Gün ərzində nə qədər qarpız yeyilə bilər?

Orta hesabla bir insana gündə 400-500 qramdan çox olmayan qarpız yemək tövsiyə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə dietoloq Anton Polyakov danışıb. Onun sözlərinə görə, qida rasionunda qarpızın məqbul miqdarı onun keyfiyyətindən - xüsusən də nitritlərin və digər zərərli maddələrin tərkibindən asılıdır. Qarpız yaxşı və təhlükəsizdirsə, zərərli çirkləri yoxdursa, gündə orta hesabla təxminən 500 q yeyə bilərsiniz.

Giləmeyvənin sulu quruluşunu nəzərə alaraq, gündə 400-500 q meyvə və giləmeyvə təhlükəsiz norma hesab olunur. Bir dilim qarpızın təxminən 150 q ağırlığında olduğu da qeyd olunur ki, bu da təhlükəsiz gündəlik hissənin 3-4 böyük dilim olması deməkdir.

Seçilən
4
1
ucnoqta.az

2Mənbələr