AZ

“Neftçi”nin yeni transferi ilə bağlı MÜƏMMA YARANDI

“Araz-Naxçıvan”ın heyətində Konfrans Liqasında iştirak edən İqor Ribeyro avqustun 1-dən “Neftçi”nin futbolçusu hesab olunur.

Hər halda “ağ-qaralar”ın yaydığı məlumatda belə qeyd olunmuşdu.

Naxçıvan təmsilçisinin avrokuboklarda mərhələ adlaması klub rəhbərliyini “Neftçi” rəhbərliyinə müraciət ünvanlamağa məcbur edib.

“Araz-Naxçıvan”dan redaksiyamıza daxil olan məlumata görə, bu, UEFA-nın braziliyalı müdafiəçi ilə çıxaracağı qərardan asılı olacaq.

Ali qurum “Aris”lə cavab qarşılaşmasında qırmızı vərəqə alan Ribeyronu bir oyunluq cəzalandırsa, “Araz-Naxçıvan” “Omoniya” ilə cavab qarşılaşmasında onun xidmətindən yararlanmağı arzulayacaq. Təbii ki, buna görə “Neftçi”nin razılığı alınmalıdır.

“Neftçi”də isə deyəsən fərqli düşünürlər. Baş məşqçi Samir Abasov Polşa toplanışında iştirak etməyən arxa xətt üzvünün Bakıdakı hazırlıq prosesində məşqlərə qoşulmasını istəyir.

“Ağ-qaralar”ın mətbuat xidmətindən saytımıza verilən açıqlamada deyilir:

“İqor Ribeyro Bakıda komandaya qoşulacaq”.

UEFA İqora bir oyunluq cəza versə, hadisələrin sonrakı axarı maraq doğurur. Bir tərəfdə müqavilə öhdəliyi, digər yanda ölkəni Avropada layiqli təmsil etmək hədəfi var.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr