AZ

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya şəxsi məxfiliyin pozulması və hüquqi çərçivənin aşılması ilə bağlı ciddi suallar doğurur.

Bəs kirayə mənzillərə kamera quraşdırılması qanunla necə tənzimlənir? 

Məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov bildirib ki, hər kəsin şəxsi və ailə həyatının gizlilik hüququ var və bu hüquq kirayə mənzildə yaşayan şəxslərə də şamil edilir:

"İlk öncə mənzilin kirayə verilməsi ilə bağlı rəsmi müqavilə mütləq olmalıdır. Evin içərisində kamera qoymaq düzgün deyil. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutur. 

Sahibkar mülkinin sahibi olduğu üçün əgər həyət evidirsə, həyətə qoya bilər. Amma bu, mütləq kirayə müqaviləsində qeyd olunmalıdır. Fərdi məlumatlar haqqında qanunun 13-cü maddəsinə əsasən, qarşı tərəfin yazılı razılıq olmalıdır. Əgər yazılı razılıq versə, həmin halda qoya bilər. Əks halda isə mümkün deyil".

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
46
10
milli.az

10Mənbələr