AZ

Dilimizin qorunması, onun mühafizə edilməsi hər bir fərdin vətəndaşlıq borcudur

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

"Tarixin ağır sınaqlarından keçmiş ana dilimiz özünün saflığını, varlığını qoruyub saxlaya bilmiş, bu günümüzə qədər yaşamışdır. Heç şübhəsiz ki, dilimizin bu mərhələyə gəlib çatmasında aparılan dövlət siyasəti də mühüm rol oynamışdı".Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndiirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O deyib ki, xüsusilə müstəqillik illərində Azərbaycan dilinin inkişaf etdirilməsi, onun yad təsirlərdən qorunmasına xidmət edən əməli addımlar atıldı. İctimai birlik təmsilçisi diqqətə çatdırıb ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, SSRİ dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxılmasına başlandı:"Belə qərarlardan biri əlifba ilə bağlı oldu. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin tapşırığı ilə Azərbaycada latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi.[1] Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. 2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı. Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı".Ruhiyyə Mehdiyevanın sözlərinə görə, məhz aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dili inkişaf edir, qorunur, yad təsirlərdən mühafisə edilir:"Milli kimliyimiz, mənsubluğumuzu ifadə edən dilimizin qorunması, onun mühafizə edilməsi hər bir fərdin vətəndaşlıq borcudur".Anar Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
newscenter.az

2Mənbələr