AZ

Problemli kreditlərin həcmi niyə artır?

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib.

İyunun 1-i ilə müqayisədə isə bu 3,8 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 faiz, son 1 ildə isə 16,75 faiz artıb. 

Problemli kreditlərin artmasına hansı amillər səbəb olub?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, ölkədə iqtisadi inkişaf olan zaman istehlak kreditlərinin artması problem deyil, çünki insanların gəlirləri də artır və onlar götürdükləri kreditləri də qaytara bilirlər:

“Azərbaycanda hazırda vəziyyət belə deyil. Rəsmilər iqtisadi inkişafın olduğunu ⁷desə də, lazımi səviyyidə iqtisadi inkişaf yoxdur. Yəni, biz görmürük. Bu səbəbdən də əhalinin borclanması ciddi problemdir. Çünki onlar bu kreditlərə görə  əmlaklarını və mülklərini itirə bilərlər. Onların sosial vəziyyətləri daha da pisləşə bilər. Banklar üçün də pisdir ki, problemli kreditlər arta bilər”. 

Sevinc

Seçilən
7
hit.az

1Mənbələr