Bu ildən etibarən Almaniyanın kişi və qadınlardan ibarət milli komandalarının oyunçularının alacağı pul mükafatları arasında fərq olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Braunschweiger Zeitung” nəşri məlumat yayıb.
Almaniya Basketbol Federasiyası (DBB) bundan sonra həm kişi, həm də qadın milli komandalarına bərabər pul mükafatı ödəyəcəyini təsdiqləyib.
NBA ulduzu Dennis Şreder qərarı alqışlayaraq, hər iki komandanın beynəlxalq turnirlərdəki çıxışlarına görə bərabər təzminat almasının ədalətli olduğunu bildirib.
“Mükafatın miqdarı indi açıq şəkildə göstərilib. Bizim nöqteyi-nəzərimizdən bu ədalətlidir. Bu, təkcə bizə, oğlanlara deyil, qadınlara da aiddir – onlar üçün də eynidir”, – 2023-cü ilin dünya çempionu bildirib.